Öz əməlləri ilə xalqın sonsuz sevgisini qazanmış lider xoşbəxtdir. Böyük qürur və fəxarəthissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev xoşbəxt dövlət xadimidir. Xalqona görə cənab prezidenti sevir ki, o, müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndərHeydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiqdir. Heydər Əliyev siyasəti Azərbaycandayaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqilAzərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir.Müasir dövlət xadimi İlham Əliyev 1961-ci il dekabr ayının 24-də Bakı şəhərində anadanolmuşdur. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil almış, 1977-ciildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmuşdur. Daha sonrainstitutun aspiranturasına qəbul edilmiş, 1985-ci ildə dissertasiya müdafiə edərək tarixelmləri namizədi elmi dərəcəsi almışdır. 1985-1990-cı illərdə Moskva Dövlət BeynəlxalqMünasibətlər İnstitutunda müəllim işləmişdir.1991-ci ildən Moskvada “Oriyent”şirkətinin baş direktoru işləmişdir.1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətininvitse-prezidenti, birinci vitse-prezidenti olmuşdur. Eyni zamanda, onu da qeyd etmək lazımdırki, müəllifi Heydər Əliyev olan neft strategiyasının həyata keçirilməsində və uğurqazanmasında fəal iştirak etmişdir.Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərininmüəllifidir. Siyasi elmlər doktorudur.Azərbaycan dövlətçiliyinin qorunub saxlanması və yeni Azərbaycanın qurulmasında HeydərƏliyevin ən yaxın silahdaşı olmuşdur.Onun ölkədə iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xariciölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində, xüsusilə neft - qaz yataqlarınınbirgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin bağlanması vəreallaşdırılmasında, ümumiyyətlə, Azərbaycan Respublikasının dünyaya inteqrasiyasındamühüm xidmətləri vardır.1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın və Olimpiyahərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeniilə təltif edilmişdir.Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən İlhamƏliyev, həm də görkəmli partiya xadimidir. O, ölkənin aparıcı siyasi partiyası olan YeniAzərbaycan Partiyasının lideridir. 1999-cu il YAP-ın I qurultayında İlham Əliyev partiyasədrinin müavini, 2001-ci il ll qurultayında isə birinci müavin seçilmişdir. Bu mühüm vəzifəninöhdəsindən layiqincə gələn İlham Əliyev əhalinin geniş kütlələrinin Yeni Azərbaycanınquruculuğuna səfərbər olunmasında olduqca səmərəli fəaliyyət göstərir. 2000-ci ilinparlament seçkilərində YAP-ın seçki kampaniyasına İlham Əliyev başçılıq etmiş, məhz onunrəhbərliyi ilə YAP həmin seçkilərdə parlaq qələbə çalmış və Milli Məclisdə böyük əksəriyyəti qazanmışdır.İlham Əliyev Milli Məclisdə deputat olduğu dövrdə daim xalqın içərisində olmuş, onunproblemlərini öyrənmiş, əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqələrinə müntəzəm qayğı göstərmişdir. Həmin dövrdə İlham Əliyevin əhalinin müxtəlif təbəqələrinin nümayəndələrinə, xüsusilə qaçqınlara, məcburi köçkünlərə, Qarabağ müharibəsi əlillərinə olan qayğısı xüsusi diqqət cəlb edir.2003-cü ildə Azərbaycan Respublikasının baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədarolaraq deputat səlahiyyətlərinə xitam verilmişdir. 2003-cü il oktyabrın 15-də İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verdi.2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edildi.Və xalq öz prezidentini sevdi, inandı,hər zaman onun ətrafında sıx birləşdi. Bu istək, sevgi, güvən hissi xalqın prezidentini həmişə qalib etdi. 2008-2013-2018-ci illərdə yenə də Azərbaycan xalqı öz güvəndiyi, inamını qazandığı Azərbaycan oğluna-İlham Əliyevə səs verdi.O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir.Qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu “mifi 44 gün ərzində bütün dünyanın fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi, “Dəmir yumruq “əməliyyatı Azərbaycanın şanlı qələbəsi ilə başa çatdı. Siyasi cəbhədə Ali BaşKomandan İlham Əliyev, döyüş bölgəsində Müzəffər Azərbaycan ordusu 30 illik yolu 44 günə qət etdi.30 illik həsrət bitdi. Artıq işğaldan azad edilmiş yerlərdə böyük quruculuq işləri aparılır.Yaşayış massivləri , məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları - hər biri müasir standartlara cavab verən qaydada tikilir.Erməni vandalları tərəfindən dağıdılan məscidlərimiz restorvasiya edilir.Qazanılan parlaq qələbənin simvolu sayılan “Zəfər yolu “ötən il sentyabr ayında istifadəyə verildi. Dövlət tərəfindən “Böyük Qayıdış”planına uyğun olaraq məcburi köçkünlərin doğma yurdlarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib.Böyük Qayıdışın ilk addımı olaraq Ağalı kənd sakinlərinin ilk qrupu 19 iyul 2022-ci ildə Şərqi Zəngəzurun Zəngilan rayonuna köçürülmüşdür.Cənab prezidentin də vurğuladığı kimi, insanlar illərlə həsrətini çəkdiyi doğma yurdlarına köçəcək və bu yerlərdə həyat yenidən öz axarına qayıdacaq. Bu hisslər təsvirolunmazdır.Adını dünya diplomatiya və hərb tarixinə həkk etmiş xoşbəxt Prezident, Azərbaycan xalqı hər zaman Sizinlə fəxr edib və edəcəkdir.Sevda Məmmədova,Xocalı rayon gənci